İran

QƏRBi AZƏRBAYCANDA KORONAVİRUSA TUTULANLARIN SAYI ARTIB

Qərbi Azərbaycan ustanının Tibb Elmləri Danişqahının rəisi koronavirusa tutulanların sayının artmasını və insanların ictimai fasilə qaydalarına əməl etmədiklərini bildirib.
Cavad Ağazadə açıqlamasında koronavirusa tutulma sayının artmaqda olduğunu vurğulayıb. “Birinci dalğada bu gizli virusun yayılması səbəbindən əhalinin və dövlət qurumlarının səyləri ilə korona epidemisi azalıb, ölənlərin və mərizxanaya yerləşdirilənlərin sayı isə eyni olub. Təəssüf ki, əsnafın fəaliyyətinin tədricən açılması ilə insanlar virusu ciddi qəbul etmədilər və bu da koronavirusa tutulanların sayının daha da artmasına səbəb oldu”, – deyə məlumat verib.
Ustanda Covid-19-a tutulanların sayının son bir həftədə ciddi artdığını vurğulayan Ağazadənin sözlərinə görə, ustanda koronavirusa tutulanların sayının artmasından başqa, mərizxanaya gedən mərizlər öncəkindən daha çox ağır vəziyyətdədirlər və daha çox ağciyər problemi ilə üzləşirlər.
Ağazadə deyib ki, mərizxanalara müraciət edənlərin ağır vəziyyətdə olmasının səbəblərindən biri də onların sağlamlıq mərkəzlərinə gec müraciət etməsidir. Mərizlər artıq vəziyyəti ağırlaşdıqda və müalicə etmək çətin olduqda mərizxanaya gedirlər.

Related Articles

Bir cavab yazın

Back to top button