İran

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı artıb

“Hazırda Qərbi Azərbaycan ustanında koronavirusun yayılmağa başladığı vaxtdan bəri ən pis durum görünür. İndi ustanda 1375 nəfər kəskin tənəffüs sindromu səbəbindən mərizxanaya yerləşdirilib. Bunlardan 785-nin virusa tutulma şübhəsi var. 590-ı isə tutulan şəxslərdir. ICU-ya yerləşdirilənlərin sayı 261-ə çatıb. Bunlardan 86 nəfəri məsnoi nəfəs dəstqahına qoşulub”. Bu barədə Qərbi Azərbaycan ustanında Koronavirusla Mübarizə Qərargahının müavini Cavad Ağazadə məlumat verib. “Qərbi Azərbaycanda koronavirus mərizliyindən ölənlərin ümumi sayı 1588-ə çatıb. Ölüm sayının artması çox təhlükəlidir. Son bir gündə ölənlərin ümumi sayının 9-u Urmu, qalanları Bukan, Salmas, Qoşaçay, Nəğədə, Şahindej, Üşnəviyə və Xoy şəhərlərinin payına düşür”,-deyə o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button