İran

Qərbi Azərbaycanda koronavirusla bağlı vəziyyət açıqlanıb

Qərbi Azərbaycanda koronavirus səbəbindən yardıma ehtiyacı olan ailələrin sayı 6000-ə yüksəlib. Məsələ ilə bağlı Qərbi Azərbaycanın Tibb Elmləri Danişqahının Sağlıq və Müalicə İşləri üzrə müavini doktor İntizar Mehdi açıqlama verib. Məlumata görə, ailələrə yardım üçün tərhin icrasına başlandığı vaxtdan indiyədək dəstək və yardıma ehtiyacı olan azgəlirli ailələrin sayı artıb. İntizar Mehdi bildirib ki, Süleymani adı verilmiş həmin tərh çərçivəsində 543 himayət timi həmin ailələrə yardım göstərib. 3 300 nəfərlə isə məcazi məkan yolu ilə virusun qarşısını almaq üçün öyrətim aparılıb.
Ən çox himayət xidmətləri isə Qərbi Azərbaycanın Sarıdaş vilayətində göstərilib. Belə ki, 1348 məişət yardımı bəstəsi bu bölgədə paylanılıb. Burada 2 295 yardıma ehtiyacı olan ailə təyin olunub və onlara xidmət göstərilib. Qeyd edək ki, tərh üzrə şəhər və kəndlər də nəzərə alınıb. Tərhin icraçıları Sağlıq Vizarəti, Qızıl Aypara və Bəsic qurumudur. Fərmandari, Şəhrdari, Səda və Sima, İslami Təbliğat Sazimanı, İslama çağırış İdarəsi, ümumi media, İrtibatat Vizarəti, Təhsil Vizarəti və sair bu kimi qurum və idarələr Süleymani adı verilmiş bu tərh üzrə fəal şirkət edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button