İran

İranın dəstəklədiyi yaraqlıların hücumlarına beynəlxalq reaksiya verilib

İranın dəstəklədiyi Husi yaraqlılarının Ərəbistanın neft qərargahlarına hücumları beynəlxalq birlik tərəfindən sərt qınağa səbəb olub. Birləşmiş Millətlər Təşkilatı, Ərəb Birliyi, Xəlic Həmkarlıq Şurası və Misir, Küveyt və Bəhreyn açıqlamalar yayaraq Husi yaraqlılarının Ərəbistanın Ciddə limanındakı bir tankerə hücumlarını pisləyiblər.
Xəlic Həmkarlıq Şurasının baş dəbiri Husi yaraqlılarının Ciddə şəhərinin sahillərinin qarşısında dayanan yanacaq tankerinə hücumunu sərt tənqid edib.
Misir Xarici İşlər Vəzirliyinin açıqlamasına görə, Qahirə Ərəbistanı dəstəkləmək üçün möhkəm mövqeyini, bu ölkənin öz ərazisini və müstəqil hakimiyyətini qorumaq üçün atdığı addımları bir daha təyid etdiyini vurğulayıb.
Eyni zamanda, Ərəb Parlımanının rəisi Ciddə sahillərində yanacaq tankerinə edilən terror hücumunu tənqid edərək, neft təsisatının hədəf alınmasının dünyaya enerji sadiratı üçün təhlükə yarada biləcəyini diqqətə çatdırıb. Bildirilib ki, beynəlmiləl birlik husi yaraqlılarının hücumlarına qarşı mübarizə aparmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button