İranSağlıq & Yaşam

Qərbi Azərbaycanda xəstəxanalara müraciətlərin sayı artıb

Son bir ayda Batı Azərbaycanda gündəlik mərizxanaya müraciət edənlərin sayı kəskin artıb. Məsələ ilə bağlı əyalətin Koronavirusla Mübarizə Qərargahının Bilgiləndirmə işçi qrupunun başçısı Əli Əhməd Ağapur məlumat verib. Fərvərdin ayından başlanaraq müraciətlərlə yanaşı, mərizxanalara yerləşdirilənlərin sayında da ciddi artım olub. Belə ki, ötən həftələrdə mərizxanalara yerləşdirilən şəxslərin sayı orta hesabla gündəlik 300 nəfər olub. Son 24 saatda isə əyalətdə 988 nəfər koronavirusa yoluxub. Onlardan 230 nəfəri müalicə mərkəzlərinə yerləşdirilib. Əyalətdə ən çox yoluxmalar isə Urmuda qeydə alınb. Burada ötən bir gündə 100-ə yaxın şəxs mərizxanaya yerləşdirilib.
Məlumata görə, hazırda Batı Azərbaycanda 1352 nəfər kəskin nəfəs çatışmazlığından əziyyət çəkir, 255 nəfər isə ICU bölmələrində müalicə alır. Həmin şəxslərdən 70 nəfəri məsnoi tənəffüs dəstqahına qoşulub.

Related Articles

Bir cavab yazın

Back to top button