İran

QƏRBİ AZƏRBAYCANDAKI GÖLLƏRDƏ ÜZMƏK QADAĞAN OLUNDU

Qərbi Azərbaycan Ustanı Bölgə Su Şirkətinin amil müdiri Atabək Cəfəri Xurdad ayının 9-u tarixində bildirb ki, “ustanın sədləri arxasındakı göllərdə üzmək qadağan olunub. Ümid edirik ki, ustanın əhalisi bu qadağaya diqqətli olacaqlar. Ötən ildə olmuş xoşagəlməz hadisələrin qarşısı alınmalıdır. İsti fəsilin başlandığına görə sakinlərdən bir sırası şirkətimizin çağırışlarına və bildirşlərinə saymazlıq edərək Qərbi Azərbaycanın sədlərində və su təsisatlarında üzürlər, bu isə yaşamlarına xətər yaradır və boğulmalar ehtimal olur. Bu təsisat ancaq su çatdırmağa tərrahi olunaraq tikdirilib və əsla üzməyə münasib deyillər. Bu gölməçələrdə üzməklə hadisənin olacağı ehtimalı böyükdür, hər hansı hadisə olarsa, bu şirkət və tabeliyində olan qurumlar heç bir məsuliyyət daşımırlar.”.
Bidlirək ki, Qərbi Azərbaycanda hal hazırda 13 səd , o cümlədən Urmunun Şəhərçayı, Çayparanın Ağçay sədləri kimi sədlər vardır və bəhrəbərdari olunurlar.

Related Articles

Bir cavab yazın

Back to top button