İran

Qərbi Azərbaycanin kənd təsərrüfatının əhəmiyyəti

Qərbi Azərbaycan cəmiyyətinin yüzdə 40-ı əkin bəxşində fəaliyyət göstərir. Bu barədə Qərbi Azərbaycan valisinin iqtisadi işlər müavini Nadir Sadiqi bilgi verib. Onun sözlərinə görə, əyalətdə 1 milyon hektardan çox əkin sahəsi var. Sözügedən ərazilərdən 850 hektarı əkilir və burada 200 min nəfər çalışır. Qərbi Azərbaycanda 6 milyon 500 min ton əkin məhsullarının yetişdirildiyini deyən Sadiqi əyalətin ölkənin yeyinti məhsullarının təminində önəmli mövqe tutmasına diqqət çəkib. “Qərbi Azərbaycan Quzey Azərbaycan, Türkiyə və İraqla qonşudur. Bölgədə su qaynaqları boldur. Buna görə də əkin məhsullarının sadiratı üzrə qabaqcıl əyalətlərdən birinə çevrilə bilər”,-deyə o, bildirib. Amma tacir, tolid edən və dövlətin bu imkandan yetərincə istifadə edə bilmədiyini vurğulayıb. Sadiqi dövlətin xarici siyasətlərinə düzəliş edilməsinin vacibliyinə diqqət çəkib. Beləliklə, ölkədə tolid arta və iqtisadi gəlişmə baş verə bilər. Əkin məhsullarının sadiratı ilə bağlı beynəlxalq standartlardan istifadə olunması müşküllərin həllində önəmli rol oynayacaq. İranın təhrim şəraitində olmasına toxunan Sadiqi qeyri-nəft məhsullarının sadiratının gəlişdirilməli olduğunu vurğulayıb. Bu yöndə Xarici İşlər Vizarəti, özəlliklə də İqtisadi İşlər Şöbəsinin çalışmalarının artırmalı olduğunu deyib.

Related Articles

Bir cavab yazın

Back to top button