İran

Qəzvin şəhər şurasının başçısı həbs olunub

Marsın 14-də Qəzvin Şəhər Şurasının rəisi Hikmətullah Davudi həbs olunub. Bu barədə Qəzvin vilayətinin Ümumi və İnqilab Dadsitanı Məhəmməd Qasımi bilgi verib. O, Davudinin tutuqlanma səbəbini açıqlamayıb. Qəzvin Şəhər Şurasının üzvü Fərəcullah Fəsihi Raməndi də məsələyə münasibət bildirib. O, Davudinin Şəhər Şurası xaricindəki fəaliyyətləri ilə bağlı saxlanıldığını söyləyib. Yayılan məlumatlara görə, Qəzvin Şəhər Şurasının rəisi Əndişe şəhərciyindəki mülki qanun pozuntuları ilə bağlı tutuqlanıb. Belə ki, şəhərciyin sakinlərinə tikinti icazəsi verilməyib. Onlar məsələnin həlli ilə bağlı Məhkəmə başçısı İbrahim Rəisi ilə görüşmək istədiklərini bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button