İran

Beynəlxalq İdman Arbitraj Məhkəməsinin qərarı ilə İran cüdosuna dörd illik qadağa təsdiqləndi

Beynəlxalq İdman Arbitraj Məhkəməsi Tehran hökumətinin "İran Cüdo Federasiyası"nın fəaliyyətini 4 il müddətinə dayandırması ilə bağlı etirazını rədd edib.

Sentyabrın 1-də İran Cüdo Federasiyasına elektron poçtla göndərilən məhkəmə qərarına əsasən, İranın dörd illik qadağası 2022-ci il sentyabrın sonuna qədər davam edəcək.

İranın cüdo üzrə milli komandasının keçmiş üzvü, 2018-ci ildə dünya çempionu olmuş Səid Mollai İran Cüdo Federasiyasının təzyiqi nəticəsində 2019-cu ildə Tokioda keçirilən dünya çempionatında israilli idmançı ilə qarşılaşmamaq üçün məcburi məğlubiyyətə məcbur edilib.

Səid Mollai Ümumdünya Cüdo Federasiyasının rəsmiləri ilə məsələni müzakirə etdikdən sonra İrana qayıtmayıb və İranın təzyiqlərindən qorxaraq Almaniyaya sığınıb.

İranın idman rəsmiləri Səid Mollaini yalan danışdığını iddia edib və mübahisəni idman arbitraj məhkəməsinə veriblər.

Ancaq sonda İran tərəfinin yalan danışdığına və Beynəlxalq Olimpiya Komitəsinin əxlaq kodeksinə məhəl qoymadığına görə İranın cüdo idman növü komandasının dörd il müddətinə beynəlxalq yarışlara qatılmasına qadağa qoyulub.

Qeyd edək ki, Səid Mollai 26 dekabr 1991-ci ildə Güney Azərbaycanın Qəzvin əyalətinin Avuc (Abgərm) şəhərində anadan olub.

O, 2019-cu ildə Tokioda keçirilmiş dünya çempionatında İsrail təmsilçisi Saqi Muki ilə final görüşünə çıxmamaq üçün İran Cüdo Federasiyası və İran Olimpiya Komitəsi tərəfindən təzyiqlə üzləşib.

Bunun nəticəsində cüdoçu yarışlarda İranın bayrağı altında çıxış etməkdən imtina edib və hazırda Azərbaycan Respublikasının  milli komandasının heyətində çıxış edir.

Related Articles

Bir cavab yazın

Back to top button