Azərbaycan

Qəzvində ağır yol qəzası baş verib

Bu barədə Qəzvin əyalətinin Yol Polisi İdarəsinin rəisi məlumat verib.

Qəzvin əyalətinin Yol Polisi İdarəsinin rəisi polkovnik Fərhad Zakiriməneşin verdiyi məlumata görə, aprelin 28-dən 29-a keçən gecə Qəzvin-Zəncan avto magistralında ağır yol qəzası baş verib.

Onun sözlərinə görə, “Pejo” markalı minik avtomobili ilə Tır maşınının toqquşması nəticəsində 5 nəfər hadisə yerindəcə həyatını itirib.

Qeyd edək ki, İranın avtomobil yolları dünyanın ən ölümcül yolları arasında yer alır.

İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.

Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

İranın Tibbi Ekspertiza Mərkəzinin yayınladığı son məlumata görə, ölkədə yol qəzalarında həyatını itirənlərin illik sayı ortalama 17 min nəfər, yaralananların sayı isə 35 min nəfər civarındadır.

Related Articles

Bir cavab yazın

Back to top button