İran

Qəzvində daha 4 nəfər koronavirusun qurbanı olub

Qəzvin Tibb Elmləri Universitetindən verilən məlumata görə, son 24 saatda ustanda 4 nəfər koronavirus infeksiyasından həyatını itirib. Dəqiq təşxis meyarlarına əsasən, son bir gündə Qəzvində 72 nəfər virusa tutulub. Onlardan 42 nəfəri mərizxanaya yerləşdirilib. Bununla da müalicə alan mərizlərin sayı 287 nəfərə çatıb. Süni tənəffüs sisteminə qoşulan ağır mərizlərin sayı isə 28 nəfərdir.
Qeyd edək ki, Qəzvin vilayətində virus qurbanlarının ümumi sayı 1207 nəfər təşkil edir. Pandemi dövründə mərizxanalara yerləşdirilənlərin sayı isə 15.966 nəfər olub.

Related Articles

Bir cavab yazın

Back to top button