Azərbaycan

Qəzvində uçmaq təhlükəsi olan 70 binanın sakinləri təxliyyə ediləcək

Güney Azərbaycanın Qəzvin şəhərinin bələdiyyəsi "Fars körfəzi" adlı çoxmərtəbəli binanın sahiblərinə təhlükə xəbərdarlığı ilə bağlı məktub göndərib.

Məktubda çox sayda insanın həyatının təhlükədə olduğu bildirilir, onlardan bir həftə ərzində binanı boşaltmağı tələb edilir.

Məktubda binanın təxliyyə edilməsinə dair Qəzvin Prokurorluğunun göstərişi, eləcə də bələdiyyə və Yanğınsöndürmə və Təhlükəsizlik İdarələrinin dəfələrlə etdikləri xəbərdarlıqlara da toxunulub.

Bundan başqa, Qəzvin valiliyi bölgədə təhlükəli vəziyyətdə olan 70 çoxmərtəbəli binanın olduğunu elan edib.

Qeyd etmək lazımdır ki, mayın 23-də İranın Abadan şəhərində Metropol adlı hündürmərtəbəli binanın çökməsi onlarla insanın ölməsi və yaralanmasına səbəb olmuşdu.

Bundan sonra ölkədə minlərlə qəzalı vəziyyətdə olan və ya keyfiyyətsiz tikilmiş və hər an uçmaq ehtimalı olan binaların mövcud olduğu barədə məlumatlar yayılır.

Related Articles

Bir cavab yazın

Back to top button