Azərbaycan

Qəzvində vəzifəli şəxslər həbs edildi

Qəzvin şəhərində üç vəzifəli şəxsin həbs olunduu barədə məlumat yayılıb.

Onların Qəzvin bələdiyyəsi və əyalət üzrə məsul şəxslər olduğu bildirilir.

Məlumatda hər üç şəxsin vəzifə səlahiyyətlərindən su-istifadə və korrupsiyada ittiham olunduqları qeyd olunub.

Qəzvin əyalətinin ədliyyə baş müfəttişi Abdulla Ağaxani saxlanılan məsul şəxslərin kimliyi barədə məlumat vermədən onların barəsində cinayət işinin aıldığını, əlavə yoxlamaların aparıldığını bildirib.

Qeyd edək ki, İranda xüsusilə son illər korrupsiya geniş miqyas alıb və dövlət qurumlarının əksəriyyətində kök salıb.

Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency İnternational) yanvarın 25-də 2021-ci il üçün yaydığı yeni hesabatında İran İslam Respublikası dünyanın ən korrupsiyalaşmış (ən fasid-Red) ölkələri sırasındadır.

Təşkilatın yaydığı son illik hesabatında bildirib ki, İran korrupsiyanın həcmi və miqyasına görə dünyanın 180 ölkəsi arasında 150-ci yeri tutur.

Related Articles

Bir cavab yazın

Back to top button