İran

Qəzvində yanğın hadisələri 4 dəfə artıb

Qəzvin ustanının Böhran Müdiriyyətinin baş müdiri Qüdrəttulla Mehdixani bölgədəki yanğın olaylarına dair açıqlama verib. Onun sözlərinə görə, ötən illə müqayisədə ustanda yanğınların sayı 4 dəfə artıb.
Belə ki, son 2 gün ərzində Tarom şəhristanının 100 hektar otlaq, 700 hektar isə təbii mənabe və meşə sahəsi yanaraq məhv olub. Qüdrəttulla Mehdixani bildirib ki, yanğınların yüzdə 90-ı insan amili səbəbindən baş verib.
Ötən il ustanda yanğın nəticəsində 800, bu il isə 3 000 hektar ərazi yanıb. Bu il yanğınların 2 000 hektarı milli ərazidə, 1000 hektarı isə bağlarda qeydə alınıb.
Son 2 gündə baş vermiş yanğının səbəbləri araşdırılır.

Related Articles

Bir cavab yazın

Back to top button