İran

Qəzvində yanğın törədən şəxslər məhkəməyə verilib

Qəzvində əkin tullantılarını yandıran 13 şəxs məhkəməyə verilib. Məsələ ilə bağlı Qəzvin Vilayətinin Yaşam Çevrəsini Qoruma İdarəsinin rəisi Əhməd Zarei bilgi verib. Onun sözlərinə görə, 1396-cı ilin 25 tirində təsvib olunan “Təmiz hava” qanununa uyğun olaraq belə bir qərar qəbul edilib. Zarei saman kimi əkin tullantılarının yandırılmasının yaşam çevrəsinə ziyan verməsinə diqqət çəkib. Bu kimi əməllərin cürm hesab olunduğunu vurğulayıb. Belə durumların qarşısını almaq üçün Qərbi və Şərqi Ələmut, Aşağı Tarım bölgələrinə Qəzvin Vilayəti Yaşam Çevrəsini Qoruma Alayının məmurları yerləşdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button