Dünya

Culio Terzi: “Əsədullah Əsədiyə qarşı iddia qaldırdıq”

“Bir sıra siyasətçilərlə İran diplomatı Əsədullah Əsədiyə qarşı iddia qaldırdıq”. Bunu İtaliyanın keçmiş xarici işlər vəziri Culio Terzi deyib. Onun sözlərinə görə, Əsədullah Əsədinin mühakimə edilməsi və İran liderlərinin Avropa ərazisində terror törətməsini isbat etmək üçün yetəri qədər sübut var. İtaliya diplomatı məsələ ilə bağlı Avropa Birliyinə çağırış edib. O, terror cinayətinə görə İranın Xarici İşlər vəziri Məhəmməd Cavad Zərifin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Əsədullah Əsədi 2018-ci ilin juənində Villepinte şəhərində Xalq Mücahidləri Təşkilatının keçirdiyi konfəransda terror hücumu planlaşdıran qrupa başçılıq edib. İranlı diplomat fevriyyənin 4-də başqa müttəhimlərlə birlikdə məhkəməyə çıxarılacaq.

 

Related Articles

Bir cavab yazın

Back to top button