İran

Qadındlar hakimiyyət şiddətinin birinci qurbanı

İran İslam Cumhuriyyəti qurulduğu andan etibarən bəzi özəllikləriylə tanınır. Örnək üçün siyasi muxaliflərə basqısı və dünyaya terorist sadir etməsi bu özəlliklərdən biridir. başqa ən önəmli özəlliklərindən biri də anti-qadın olmasıdır. İran əsasən İslam Cumhuriyyətindən öncə də Qadınlara rahat bir ölkə deyildi. Toplumsal olaraq çox ciddi mübahisə olması gərəkən bu qonunun hər zaman üstü örtülüb. toplumun yarısı olan qadınların haqları görməzdən gəlindi. Hər zaman qadınların insan haqlarına sahib olmaq tələbi vacib olmayan bir iş kimi göründü və ata-ərkil toplum bu düzənin sürməsində rol oynadı. Ancaq toplumun gedəcəyi yer olan huquq sistemi də İranda qadınlara qarşı olub. Özəlliklə 1357-ci ildə İslam Cumhuriyyəti iş başına gəldikdən sonra İslam Şəriəti huquq sisteminin təməli oldu. Qadınlar sistematik olaraq kişilərlə eyni haqlara sahib olanmadılar və ikinci dərəcə vətəndaş oldular.
Ancaq qanunda mövcud olmağına baxmayaraq, əməldə uyğulanmadı. Misal üçün 40 ildən çoxdur ki Fars olmayanların ana dilində təhsil almaqlarına görə qanun var amma uyğulayan yoxdur. Üstəlik bu yasal haqqını istəyənlər də cəzalandırılırlar. Qadınlar qonusunda durum daha da bərbaddı. Misal üçün hər şəhər özünə görə daha radikal ola bilir.
son illərdə qadınların zorunlu hicab qanununa qarşı etirazları, onlara qarşı şiddəti də artırıb. Hakimiyyət qadınların etirazlarına daha həssas olub onlara basqı edərək onları geri oturmağa çalışır. Hər gün sosial mediada qadınları döyüb zorla polis maşınlarına mindirməyə çalışılan görüntülər yayılır.
Keçdiyimiz günlərdə Marağada polisin üç qadına şiddət göstərdiyi görüntülər sosial şəbəkələrdə yayılmışdı. İran polisi və məqamları bu görüntülərlə bağlı çoxunluqla səssiz qalır və ya qadınları daha çox suçlayacaq sözlər deyirlər. Ancaq danılmaz bir həqiqət var o da budur ki, sosial şəbəkə və internet son illərdə millətin bu mənada canını qurtarıb. Kim bilir əgər sosial şəbəkələr olmasaydı İran hakimiyyəti insanlara qarşı daha nə cinayətlər törədə biləcəkdi.
Sosial media və internet çağımızın bir möcüzəsi kimi qeyd edilir, İran kimi bağlı ölkələrdə nəfəs almaq yeridir. Yəni, insanlar bu vəsiləylə sansoru qırıb səslərini dünyaya çatdırmağa çalışırlar. Elə buna görə də, İran hakimiyyəti illərdir çalışır yerli və milli internet adı altında ölkəyni dünyadan qoparsın. Ancaq millət nə qədər dirənirsə o qədər başarılı olur. Azərbaycan Milli Hərəkəti hər zaman Qadın haqlarına həssas olub. bu illərdə heç bir zaman lazimi diqqəti yerinə yetirməyib, qadın haqları gərəkdiyi kimi savunmayıbdır.
Buna görə də, Azərbaycansevərlərə daha çox iş düşür. Azərbaycanda da qadınlara qarşı zülm və basqının ifşa edilməsi bir kültürə çevrilirsə, ciddi bir oyanışa səbəb ola bilər. əllərimizdəki telefonlar sansora qarşı ən güclü silahıdır. Qadınlara qarşı baş verən şiddətləri özəlliklə də hakimiyyətin etdiklərini çəkib sosial medyadan yaylamaq, millətin məzlum səsini dünyaya çatdıra bilər.

Related Articles

Bir cavab yazın

Back to top button