İran

Qadınlar ev içi şiddətin birinci qurbanıdılar

İran İslam Cumhuriyyətində İslam Şəriəti huququ əsas alınır. Buna istinadən də qadınların kişilərlə heç bir durumda eyni haqlara sahib olduqlarını görmək olmur. Hakimiyyətin zehniyyətini hüquqdan kültür və siyasətə qədər hər yerdə görmək mümkündür

Geçən gün Batı Azerbaycanın Maku şəhərində baş verən dəhşət bir cinayətin xəbəri yayıldı. Xəbərə görə bir gənc qadın qız uşağına hamilə olduğu üçün həyat yoldaşı tərəfindən yandırılıb canına qəsd edilmişdi. Makunun məhkəmə məqamları qadının özü özünü yandırdığını bildirib, hamilə olmasıyla bağlı iddiaları yalanladılar. İranda məhkəmə və umumiyyətlə dövlət ərkanına olan güvənsizlikdən ötür hansı iddianın doğru olduğunu anlamaq rahat iş dəyir. Ancaq bütün qaynaqların təyid elədiyi bir şey var və o da bu ki bir qadın dəhşət biçimdə şiddətə məruz qalıbdır. Bu məsələ də bir daha İranda qadına Şiddət və özəlliklə ev içi şiddət böhranını gündəmə gətirir.
İran İslam Cumhuriyyətində İslam Şəriəti huququ əsas alınır. Buna istinadən də qadınların kişilərlə heç bir durumda eyni haqlara sahib olduqlarını görmək olmur. Hakimiyyətin zehniyyətini hüquqdan kültür və siyasətə qədər hər yerdə görmək mümkündür. Bu sistemdən cəsarət alan ataərkil toplum qadınlar üçün bir cəhənnəmə dönüşür. İsna xəbər ajansının 1398ci ildə yayınladığı rapora görə İranda ölümə səbəb olan cinayətlərin yarısı ayilə içində baş verir. Daha qorxunc olanı da bu ki cinayətlərin yüzdə 20 Namus Cinayətlərdir. Namus Cinayətləri ayilə fərdlərinin çoxunluqla qadınlara qarşı və ailənin şərəf və heysiyyətinə zərər verdiyi düşüncəsiylə baş verir. Bu cinayətlərdə qadının həyat yoldaşına uymaması, başqa bir kişiylə cinsi əlaqəyə girmək və ya hətta təcavüz qurbanı olan qadınların canının itirilməsinə yol açır.
İranda illərdir Ayiləyi Qoruma Qanunu mübahisə olunur ancaq özəlliklə radikal din adamlarının qarşı gəlməsiylə bir sonuca yetişmir. Hazırda İranda bir kişi heç bir səbəb gətirmədən həyat yoldaşını boşama imkanına sahibdir. Ancaq qadınlara belə bir haq tanınmır və qadın ancaq məhkəməyi qane edəbilirsə boşanabilər.
Qadınlara olan ayrı seçkilik və zülüm o qədər yayqın və sistematikdir ki çox zaman qadın və kişi bərabərliyi və eşidliyinə inanan biri belə onun istəmədən parçası olabilər. Ataərkil toplumun özəlliklərindən biri də əslində bu kimi zülmləri normallaşdırmaqdır. Bu gün Maku da yandırılan qadın əslində bütün qadınlar kimi toplumda hakim olan zehniyyətdə yanıbdır. Məcaz anlamda bu yanqını çıxardan da söndürəbilən də ancaq özümüzük. Düzdür ki hakimiyyət hər daim bu yanqının üstünə benzin səpib alovlandırır ancaq nihayətində heç bir toplum öz iradəsi olmadan dəyişəbilməz. Özəlliklə ki Güney Azərbaycan hər zaman tarix boyu ədalət və İnsan hüquqları qonusunda öncü olubdur. Tehrandan on illər əvvəl Qadınlara seçmə haqqı tanıyan Azərbaycan Milli Hüküməti və 21 Azər hərəkatı Qadın və Kişi eşidliyi qonusunda da yol xəritəsi olabilər. Geçmişdən gələn sünnət və kültürümüzün yaxcılıqlarını alıb yanlışlıqlarını atıb dəyişməklə mütləq Azərbaycan üçün də daha mədəni və azad topluma sahib olma imkanı vardır və o imkanı evimizə ot salanlardan yox özümüz yaradacayıq.

Related Articles

Bir cavab yazın

Back to top button