Dünya

Birləşmiş Millətlər Təşkilati İrandakı edamları qınayıb

Birləşmiş Millətlər Təşkilatı İranda azı 28 nəfərin, eləcə də azlıqların edam edilməsini qınayıb. Bu barədə təşkilatın İnsan Haqları üzrə Ali Komiserliyinin tvitterdə paylaşdığı açıqlamada bildirilib. Təşkilat İranda baş verən edamlara təpki verib və 31 yaşlı bəluç məhbus Cavid Dehqanın edam hökmünün dayandırılmasını istəyib. Cavid Dehqanın və başqa ölüm hökmlərinin insan haqları qanunlarına uyğun olaraq yenidən nəzərdən keçirilməsi istənilib. Qeyd edək ki, İranda hər il yüzlərlə günhasız insan əsassız ittihamlarla edam edilir.

Related Articles

Bir cavab yazın

Back to top button