İran

QALİBAF DÖVLƏTİN FƏALİYYƏTİNİ TƏNQİD ETDİ

İran milli məclisinin yeni seçilmiş rəisi Məhəmməd Baqer Qalibaf ilk çıxışında dövlətin fəaliyyətini “səriştəsiz və yarıtmaz” adlandırıb. Məclisin dövləti doğru yola yönəltmək istədiyini bildirib.
Qalibaf, 11-ci məclisin ölkədəki problemlərə yanaşması barədə deyib: “Vəziyyəti daha da xətərli edən, dövlətin idarəetmə numunəsidir.
Məclis rəisinin sözlərinə görə, məhz belə bir vəziyyətdə 11-ci Məclis, dövlətə məntiqi və inqilabi yanaşma ilə, eləcə də qanun mekanismlərindən və xüsusilə nəzarət imkanlarından istifadə edərək, Xameneyin tapşırıqları çərçivəsində dövləti düzgün yola yönəldə bilər.
“11-ci Məclisin dövlətlə qarşıdurma və onun səhvlərini yaxalamaq hədəfi olmadığını” dilə gətirən Qalibaf artırıb: “11-ci Məclis xalqa xidmət yolunda dövlətin bürokrasi manelərini aradan qaldırmağa və düzəltməyə çalışır. Bununla yanaşı, dövlətin insanların çətinliklərini həll edən qanunların icrasına səhlənkar yanaşmasına imkan verməyəcək”.

Related Articles

Bir cavab yazın

Back to top button