Dünya

Qara dənizdə birgə təlimlər keçiriləcək

Böyük Britaniyanın nizami Dəniz qüvvəsi Qara dənizdə Ukrayn Dəniz qüvvəsi ilə birgə təlimlər keçirəcək. Bu barədə Britaniya hökumətinin saytında bildirilib. Məlumatda deyilir:
“Dəniz hazırlığı üzrə tərh NATO və bütün dünyanın silahlı qüvvələri ilə daha çox əməkdaşlıq etməyə şərait yaradacaq və bizə imkan verəcək ki, geniş imkanlara malik NATO tərəfdaşı kimi yeni mövqeyimizi möhkəmləndirək”.
Qeyd edək ki, Amerika və Ukraynın difa vəzirləri Ben Volles, Andrey Taran və Ukrayn Silahlı Qüvvələrinin baş fərmandehi Ruslan Xomçak arasında görüşlər keçirilib. Bundan sonra birgə nizami təlimlərin keçirilməsinə dair qərar qəbul olunub. Təlimlərin dəqiq tarixi isə hələlik açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button