Azərbaycan

Qarabağ bölgəsinin azərbaycanlı icması bəyannamə yaydı

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyannamə yayıb.

Bəyannamədə deyilir:

“Son günlər Azərbaycanın Tovuz ustanı Ermənistan Silahlı Qüvvələrinin həyata keçirdiyi nizami təcavüzdən sonra dünyanın müxtəlif ölkələrində diplomatik nümayəndəliklərimiz və soydaşlarımıza qarşı erməni qrupları tərəfindən hücumlar təşkil edilib. Bütün bunlar Ermənistan rəhbərliyinin illərlə yürütdüyü Azərbaycana qarşı mənfur siyasətinin nəticəsidir və hazırkı Paşiniyan hakimiyyəti də bunu davam etdirir.

Vaxtilə azərbaycanlıları hədəfə alan nifrət kəmpeynləri Azərbaycan xalqının əsrlərdir yaşadığı ata-baba yurdlarından etnik təmizləməyə məruz qalması ilə nəticələnmişdi. Təəssüflər olsun ki, indi Azərbaycan xalqına qarşı növbəti nifrət kəmpeyninə şahid oluruq. Amma Ermənistan rəhbərliyinin bizə qarşı nifrət aşılayaraq, Azərbaycan Respublikasından yeni ərazi qoparmaq planları bu dəfə tam iflasa uğrayacaq və tam tərsi olacaq.

Ermənistan-Azərbaycan münaqişəsinin həllini dəstəkləyən bəyannamə və çağırışlarımız nəinki Ermənistan tərəfindən qəbul edilməyib, hətta bizim mövcudluğumuz inkar edilib. Bizlər Ermənistan rəhbərliyinin əlaltıları tərəfindən nifrət dolu mesajlara məruz qoyulmuşuq.

Soydaşlarımızın dünya boyu sərgilədiyi vətəndaş mövqeyi bizi hədsiz ruhlandırır. İstər səngərdə, istərsə də xarici ölkələrdə Azərbaycan bayrağına nifrət dolu gözlərlə baxan ASALA təfəkkürlü ermənilərin qarşısında möhkəm dayanan bütün azərbaycanlı qardaş və bacılarımızla qürur duyuruq! Dəyərli soydaşlarımızı erməni təxribatlarına uymadan soyuqqanlı davranmağa və özlərini mümkün erməni terror hücumlarından qorumağa çağırırıq”.

Related Articles

Bir cavab yazın

Back to top button