Azərbaycan

Bu gün Ağdamın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür

xatırladır ki, Ağdam şəhəri Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş vəziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarılıb.

Bu anlaşma yalnız Azərbaycan ordusunun 44 günlük savaşda qəti üstünlüyü səbəbdən oldu.

Ağdam 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kilometirmürəbbəsi, yəni yüzdə 77-dən çoxu, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon Amerika dolları məbləğində ziyan dəyib. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş Şurəvidə birinci, dünyada ikinci olan Çörək Muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. İşğal nəticəsində bölgənin 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib. Hazırda Ağdamın 204 000-dən çox əhalisi var. Onlardan 160 000-ə yaxını məcburi köçkündür.

İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən savaşındaki uğurlu nizami əməliyyatları nəticəsində əldə olub.

 

Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə şəhristanı, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən savaşı Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək çoxlu itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, nizami teknikası məhv edilib. Ermənistanın nizami-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq təslim sənədinə imza atmağa məcbur olub.

Beləliklə, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi məntəqəsində atəş və bütün nizami əməliyyatlar tam dayandırılıb. Bəyanatın ikinci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam Azərbaycana qaytarılıb. Bununla da 27 il işğal altında olan Ağdam şəhəri qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri şəhərə girib və orada bayrağımız ucaldılıb.

Qeyd edək ki, Savaşdan sonra Ağdamdan görüş edən xarici və daxili məqamlarla jurnalistlər, Ağdam şəhərinin ermənilər vasitəsi ilə darmadağın olduğundan heyrətləniblər. Belə ki, Birçoxları Ağdamın xarabalığını 2-ci dünya savaşında japonun Atom bombasi ilə dağıdılan Hiroşima Və Nakazaki şəhərləri vəziyətinə düşdüyünü ifadə ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button