İran

Qarabağa dəstək aksiyalarının iştirakçıları həbs edilib

Milli hərəkat fəalları Güney Azərbaycanda Qarabağa dəstək və İranın Ermənistana nizami təchizat göndərməsi ilə bağlı 2-ci dəfə ictimaiyyətə çağırış ediblər. Onlar Norduz gömrüyünün bağlanmasını istəyiblər. Bununla bağlı mehrin 27-si Güney Azərbaycanın böyük şəhərlərində dinc yürüyüşlər baş tutub. Ancaq əmniyyəti qüvvələr nümayişlərə müdaxilə edərək etirazçıları tutuqlayıblar. Belə ki, Təbrizdə Rəsul Rəzəvi, Siyamək Kuşi, Sara Turi, Hüseyn Əmirhicri, Riza Zareii, Əkbər Mühaciri, Hüseyn Məhəmmədianın tutuqlandığı bildirilir.
Təbrizdə ittilaat məmurlarının Məhəmməd Mahmudinin və Şahin Bərzgərin evlərinə hücum çəkdikləri bildirilir. Aksiyalar zamanı tutuqlanan vətəndaşlardan bəzilərinin adları açıqlanmayıb.
Bildirək ki, Tehran, Muğan və Meşkinşəhərdə etirazçılardan İffət Nikbəxt, Aydın Zakiri, Riza Seyid Nuri saxlanılıb. Rəşt şəhərində “Yağış” dərgisinin sorumlu müdiri İbrahim Gənci gecə saatlarında əmniyyəti qüvvələr tərəfindən tutuqlanıb.
Aksiyaların dinc şəkildə keçirilməsinə baxmayaraq, əmniyyəti qüvvələr otobus dayanacaqlarının camlarını qıraraq aksiyanın mahiyyətini dəyişdirməyə çalışıblar. Belə ki, onlar məşki güllə, gözyaşardıcı qaz və elektrik şokerlərindən istifadə edərək etirazçılara ciddi xəsarətlər yetiriblər.
Qeyd edək ki, aksiyalar başladığı andan etibarən bölgədə internetin istifadəsində məhdudiyyətlər yaranıb.

Related Articles

Bir cavab yazın

Back to top button