İran

Qarabağa dəstək verən 12 fəal Ərdəbi̇l məhkəməsi̇nə çağırılıb

Qarabağın azad edilməsinə dəstək verən 12 azərbaycanlı milli-mədəni fəal Ərdəbil məhkəməsinə çağırılıb. Bu barədə ordibeheştin 1-də məhkəmədən göndərilən elektron bildirişdə məlumat verilib. Bununla da Hüseyn Balaxani İsalı, Mustafa Pərvin Cuda, Mürtəza Pərvin Cuda, Hamid Heydəri Barıs, Məhəmməd Colani Ocaq, Pərviz Siyabi Gürcan, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Müctəba Pərvin Cuda, Əsgər Əkbərzadə Xızrabadi və Səccad Colanidən Ərdəbilin Ümumi və İnqilab Məhkəməsinin 10-cu Təhqiqat Şöbəsinə müraciət etmələri istənilib.

Fəallara qarşı “səs-küy və qalmaqal salmaqla ümumi nəzmi pozmaq”, “bilərəkdən özünə bədən xəsarəti yetirmək”, “iş başında olan polis məmurlarını təhqir etmək və tabe olmamaq”, “rəhbəri aşağılamaq”, “ölkənin daxili əmniyyətinə qarşı etirazlarda iştirak etmək və əlbir olmaq” ittihamları irəli sürülüb.

Xatırladaq ki, ötən il mehrin 8-də güney azərbaycanlı milli fəallar Ərdəbilin Ciral parkında Azərbaycan Ordusunun Qarabağ zəfərinə öz dəstəklərini nümayiş etdiriblər. Aksiyaçıları dağıtmaq istəyən əmniyyətin qüvvələri mitinqə müdaxilə edib və fəallara qarşı şiddət tətbiq edilib.

Related Articles

Bir cavab yazın

Back to top button