Azərbaycan

Azərbaycan və Türki̇yə arasında daha bi̇r sazi̇ş təsdi̇qləni̇b

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha bir anlaşmanı təsdiqləyib. Bununla bağlı qərar “Resmi Qezete”də dərc olunub. Qərara əsasən, “Azərbaycan Cümhuriyyəti Hökuməti ilə Türkiyə Cümhuriyyəti Hökuməti arasında enerji və mədənçilik sahələrində əməkdaşlıq haqqında Anlaşma” qüvvəyə minib.

Qeyd edək ki, 2020-ci il fevriyənin 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı keçirilib. Toplantı başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Cümhuriyyəti Hökuməti ilə Türkiyə Cümhuriyyəti Hökuməti arasında enerji və mədənçilik sahələrində əməkdaşlıq haqqında Anlaşma”nı Azərbaycanın enerji baxanı Pərviz Şahbazov və Türkiyənin enerji və təbii sərvətlər baxanı Fatih Dönmez imzalayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button