Araşdırma & Təhlilİran

Qarabağda baş verənlərdə İranın rolu

Qarabağ işğalı Azərbaycan və ümumiyyətlə bölgə barışının qabağında ən önəmli əngəllərdən biri sayılırdı. Ermənistan uzun illər Azərbaycan topraqlarını işğalında tutsa da, hamı bilirdi bu Ermənistanın gücü yox onu dəstəkləyənlərin gücüydü. İstər iç işlərində istərsə xarici siyasətində son dərəcə bağımlı olan Ermənistan illərdir Qarabağ İşğalının yükü altında əzilirdi. İrandan başqa bütün qonşularıyla və hardasa bütün bölgə ölkələriylə düşman münasibəti olan Ermənistan illərdir bölgə və dünya güclərinin oyuncağı halına gəlib. İqtisadi və sosial gücü getdikcə azalan Ermənistanda nufus da sürətlə azalır və millət ölkəsindən qaçmağı seçir. Bir tərəfdən Rusiyə, bir tərəfdən Fransa kimi dövlətlər və bir tərəfdən də İran basqısı bu ölkəni tam bir fəlakət halına gətiribdir. İkinci Qarabağ savaşı və Azərbaycanın zəfəri əslində məsələyə məntiqli yanaşılsa Ermənistan üçün də faydalı ola bilərdi. Normal bir ölkə olub, qonşularla barış və dostluq içində yaşamaq əlbəttə Ermənistan üçün də bənzərsiz bir fürsət ola bilər.

Qarabağ işğalinin zərəri təkcə Ermənistan yox bəlkə bu durumu dəstəkləyən başqa ölkələrə də var. Misal üçün İran israrla işğalı dəstəklədiyi üçün bölgədəki aqressiv rolundan bir türlü çıxa bilmədi. Bu durum bölgəsəl xarici siyasətinə mənfi təsir etdiyi üçün İranın iç işlərinə də mənfi təsir etdi.

Belə ki Tehran hakimiyyətində dar ideolojik baxış hakim olmasaydı və keçmişdə xətalarından dərs çıxarsaydı 44 günlük Qarabağ savaşında daha fərqli yerdə durardı. 44 günlük Qarabağ savaşı başladığı zaman Tehran hakimiyyəti Azərbaycan Cumhuriyyətinin gücü və daha doğrusu ciddiyyətini doğru anlayamadı. Buna görə də keçmişdəki siyasətinə israrla dəvam etdi. Bu sürəcdə İranın Xarici siyasətində son dərəcə təsirli görünən Fars Milliyyətçilərinə daha da çox meydan verildi. İran, hamının gözü önündə qazanan və haqlı tərəfə deyil, bəlkə utuzan işğalçı Ermənistanın yanında durdu. Hələ də ki var Ermənistana dəstək verməyə dəvam edir və qaçaq mallar göndərir.

Türkiyə kimi ölkələrin son dərəcə aktiv yer aldığı ortamda İran tamamən bölgədən ixrac olundu. İran qonşu olduğu halda ciddi mənada bölgədəki nufuzunu itirdi. Bütün bu sürəcdə İran Türkləri önəmli bir addımla öz güclərini ortaya qoydular. Savaş günlərində Azərbaycan fəalları dəfələrlə geniş etirazlar edib İranın Ermənistana dəstək verməsinə etiraz etdilər. Güney Azərbaycanın Quzeyli qardaşlarına dəstəyi kəsinliklə önümüzdəki sürəcdə Bakının Tehrana qarşı siyasətinə də ciddi təsirlər buraxacaqdır. Habelə Güney Azərbaycan ilk dəfə İranı sözdə də olmuş olsa Xarici Siyasətini dəyişməyə məcbur etdi.

Başqa bir önəmli məsələ Qarabağ işğalıyla İran bütünlüyünün Güney Azərbaycandan daha çox ayrılmasıydı. Hakimiyyət gözlənildiyi kimi milli fəallara qarşı ağır basqılar gəldi. Ancaq qullanılan dil və davranış millət içində daha çox oyanışa səbəb oldu. Misal üçün önümüzdəki Doşənbə günü Ərdəbildə Qarabağ Etirazlarında tutuqlanan fallar məhkəməyə çağırılıblar. Məhkəmə milli fəalları “Əli Xamneyiyə sayqısızlıq” ilə suçlayır. O zaman Ərdəbildə milli fəalların küçəyə gəlməsinə belə izin verilmədiyi üçün Əli Xamneyiyə necə bir sayqısızlıq ola bilər?-Sorusunun cəvabı əslində İranın Qarabağ siyasətini də ortaya qoyur. Hamı bilir ki İranda İnqilab Rəhbəri Əli Xamneyinın adı gətirildiyi qonular hakimiyyətin ən çox önəmsədiyi məsələlərdir. Bir tərəfdən də hakimiyyət ciddiyyətini göstərmək istədiyi zaman Xameneyi faktorunu qullanar. Beləliklə İranın Ermənistana yardım etməsinə etirazın nə qədər həssas olduğunu da anlamaq olar. Azərbaycan fəallarının ağır işkəncəyə məruz qalıb indi də Xamneyiyə Sayqısızlıqla suçlanmaları əslində Tehran hakimiyyətinin gerçək simasını göstərir. Anlaşılan İran hakimiyyəti Qarabağ qonusunda yanlış yöndə hərəkət etməyə dəvam edəcək və bu arada Güney Azərbaycanın siyasi ağırlığı daha da artmış olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button