Azərbaycan

Qarabağda Ermənistanın S-300 kompleksləri məhv edildi

Azərbaycan ordusunun kamikadze-dronu Qarabağda Ermənistan ordusunun S-300 zenit-raket kompleksini məhv edib. Virtualaz.org hərbi qaynaqlara istinadən xəbər verir ki, beləliklə işğal edilmiş ərazilərimiz üzərində hava məkanı Azərbaycan Hərbi Hava Qüvvələri üçün açıqdır.

Bundan əvvəl bəlli idi ki, Ermənistan ordusu S-300 komplekslərinin bir diviziyonunu Qubadlı ərazisində, bilavasitə sərhədə yaxın yerləşdirmişdi.

Belə ki, ordumuz səhər saatlarında, hücumun əvvəllərində işğalçı qüvvələrin hava hücumundan birinci müdafiə eşalonunda dayanan “Osa” zenit-raket komplekslərinin əksəriyyətini məhv edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close