İran

Qaradağ meşələrində yanğın davam edir

Qaradağ meşələrində mordad ayının 19-u saat 11:30-dan başlayan yanğın davam edir. Bu barədə yerli əhali bilgi verib. Bildirilib ki, Hüş kəndindən başlayan yanğın Avars qalası ətrafında davam edir. Olayın baş verdiyi sahənin vüsəti geniş olduğu üçün onu Kəleybər şəhərindən də görmək mümkün olub. Məlumata görə, ilgili orqanların yanğın olayına hazırlığı olmayıb. Buna görə də yerli əhali və Kəleybər dağçılar qurupu da yanğının söndürülməsində iştirak edib. Həmin bölgə ilə telefon bağlıntısı mümkün olmayıb. Bu səbəblə məlumat əldə etməkdə çətinlik yaşanır. Xudafərin şəhristanının fərmandarı Əli Əmiri-Radın sözlərinə görə, hazırda yanğının yüzdə 80-i söndürülüb. Şərqi Azərbaycanın böhran müdüriyyətinin rəisi Məhəmməd Baqir Hünərbərin sözlərinə görə, hazırda ərazi yanğın söndürən qüvvələrin kontrolundadır. Qeyd edək ki, yanğının alovlanma səbəbi və nə qədər sahənin yanması ilə bağlı heç bir məlumat verilməyib. Məsələ ilə bağlı Xudafərin məhkəmə sistemi , habelə İntizami qüvvələri araşdırma aparır.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close