Azərbaycan

Qardaş ölkənin alpinistləri Geyras qalasına Azərbaycan bayrağını sancdı

Qarabağda hərbi əməliyyatlar başlandığı gündən indiyədək qardaş Türkiyənin müxtəlif bölgələrində Azərbaycana dəstək aksiyaları davam edir.

Qardaş ölkənin alpinistləri Tokat vilayətindəki məşhur Geyras qalasına Azərbaycan bayrağı sancıblar. Qala Tokat-Sivas yolunda yerləşir və alpinistlərin ən çox yürüş etdiyi məkanlardan biridir. Vilayətə gələn turistlər üçün qalaya marşrutlar təşkil edilir. “Türkiyə və Azərbaycan bayrağının birgə dalğalanması qürur verir. Biz haqq savaşında qardaşlarımızın yanındayıq. Azərbaycan Qarabağı işğaldan azad edəcək, biz buna əminik”,-alpinistlər bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button