DünyaİranSiyasət

Qarşıdurma artmaqdadır: İran danışıqlar aparmaq istəmir, ABŞ muharibəyə hazırlaşır – FOTO

Tehran Birləşmiş Ştatlarla danışıqlara getməyəcəyini bəyan edən zaman ABŞ, öz növbəsində, döyüşə hazır olduğunu və Yaxın Şərqdə müttəfiqlərini qoruyacağını elan edib.

Aznews.tv 1news.az-a istinadən xəbər verir ki, Seyid Əli Xamnei ABŞ heç bir səviyyədə görüşlərin olmayacağını bəyan edib.

Onun sözlərinə görə, bu ölkə rəhbərliyinin qərarıdır və İranın bütün rəsmi şəxsləri bu məsələdə yekdildirlər.

Xamnei ABŞ-ın İrana “maksimal təzyiq siyasətinin” uğurlu olduğunu göstərmək istəsələrdə, bu siyasət “bir qəpiyə belə dəymir”.

Birləşmiş Ştatlarda isə müxtəlif bəyanatlar səslənir. Məsələn, Vitse-prezident Maykl Pens Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumdan sonra ölkəsinin müttəfiqlərini qoruyacağını və döyüşlərə hazır olduğunu bildirib.

Həmçinin Pens bu hücumların arxasında İranın durmasından şübhələndiyini deyərək, ABŞ-ın xüsusi xidmətlərinin “detalların təsdiqlənməsi üzərində işlədiyini” əlavə edib.

Trampın son günlərdə səsləndirdiyi bəyanatlar isə ziddiyətlidir.

“Mən heç kimlə müharibə etmək istəmirəm, dalaşqan deyiləm. Lakin ABŞ müharibə və ya sülh yolunu seçəcəyini zaman göstərəcək”, – deyə o, qeyd edib.

Tramp gah Səudiyyə infrasturkturlarına hücumun qarşılığında ABŞ-ın atacağı hərbi addımlar ədalətli cavab olacağını bildirir, gah da jurnalistlərə Səudiyyə rəhbərliyinə ölkələrini müdafiə edəcəyi barədə söz vermədiyini deyir.

Washington Post qəzetinin yazdığına əsasən, ABŞ iki səbəbə görə İranla məsrəfli münaqişəyə girməməlidir və səbrli davranmalıdır.

Birinci səbəb – neft obyektlərinə hücum zamanı ABŞ hərbçilərinə, mülkünə zərər dəyməyib və müharibə üçün hüquqi əsas yoxdur. İkinci səbəb – mümkün münaqişə Yaxın Şərq və Şimali Afrikada yerləşən 70 min ABŞ hərbçisinə təhlükə törədir.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button