Dünyaİran

Qasım Süleymaniyə görə İran-Ərəbistan komandalarının oyunu ləğv edildi

Asiya Çempionlar Liqasının ikinci həftəsində keçirilməsi nəzərdə tutulan İranın “Sepahan” və Səudiyyə Ərəbistanının “Əl İttihad” futbol komandalarının oyunu ləğv edilib.

Oktyabrın 2-i axşam saatlarında İsfahan şəhərinin “Nəqşi Cahan” stadionuna daxil olan “Əl İttihad” komandası Qasım Süleymaninin heykəlinin orada quraşdırılmasına etiraz edib və stadionu tərk edib.

Səudiyyə Ərəbistanının komandası İranın idman yarışından siyasi məqsədlər və ideoloji təbliğat üçün istifadə etdiyini deyib.

Bundan sonra stadiona toplaşan tamaşaçılar “siyasiləşdirilmiş futbol istəmirik” şüarları verərək hakimiyyətin bu əməlini pisləyiblər.

İranın bu hərəkətinə görə cəzalandırılacağı və Asiya Futbol Konfedrasiyasının Səudiyyə Ərəbistanının komandasını 3-0 qalib elan edəcəyi gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button