İran

Qaynarca şəlaləsi təbiət abidələri siyahısına daxil edilib

Tikan Təpənin Qaynarca şəlaləsi İranın Təbiət Əsərləri Listinə daxil edilib. Bu barədə Qərbi Azərbaycanın Fərhəngi Miras Baş İdarəsinin müdiri Cəlil Cabbari məlumat verib. Onun sözlərinə görə, Qaynarca şəlaləsinin səbt olunması barədə pərvəndə hazırlandıqdan sonra 99-cu ilin bəhmən ayının 7-də ölkənin Təbiət Əsərləri Listinə daxil edilib.
Cəlil Cabbari bildirib ki, şəlalə Tikan Təpə Vilayətindən quzeyə doğru 50 kilometr aralıda, Bilqeys Dağının qərb ətəklərində Qınırca kəndində yerləşir. Qaynarca kəndi Təxt Süleyman qəsəbəsində yerləşməklə Tikan Təpənin yaylaq və turistik bölgələrindən sayılır. Məlumata görə, bölgədə ötən illərdə turizm üzrə münasib alt-quruluşlar yaradılıb və bu fəaliyyətlər hələ də davam etdirilir

Related Articles

Bir cavab yazın

Back to top button