İran

İranlı ruhani: Taksi sürücüləri bizi maşına belə mindirmir

Mollanın sözlərinə görə, hətta bir dəfə taksi sürücüsü onu avtomobilindən düşürərək deyib: "Mən mollaları avtomobilimə mindirmirəm"

 

Ötən günlərdə İranda sadə vətəndaşlarla mollalar arasında yaşanan münaqişələrin mediada yayılmasından sonra Məhəmmədrza Zaeri adlı ruhani insanların onları təhqir etdiyini deyib.

“Aznews tv” xəbər verir ki, mühafizəkar ruhani Zaeri özünün “İnstagram” kanalındakı paylaşımında yazıb ki, ötən 10 gün ərzində bir dəfə onun üzünə “ağız suyu” atıb, iki-üç dəfə isə ona qarşı nalayiq sözlər işlədiblər.

Mollanın sözlərinə görə, hətta bir dəfə taksi sürücüsü onu avtomobilindən düşürərək deyib: “Mən mollaları avtomobilimə mindirmirəm”.

Xatırladaq ki, ötən günlərdə Elmi Hövzənin Araşdırmaçılar və Müəllimlər Birliyinin üzvü Məhəmmədtəqi Fazil Meybodi İranda dini təhsil alan tələbələrin bazara gedərkən ya da şəhərdə ruhani libasından istifadə etməməyə çalışdıqları ilə bağlı açıqlama verib.

Qeyd edək ki, İranda əhalinin mollalara olan nifrəti o dərəcəyə çatıb ki, artıq ruhanilərin özləri də bunu tez-tez etiraf etməli olurlar.

Related Articles

Bir cavab yazın

Back to top button