Dünya

Qazaxıstan və Tacikistan arasında ticarət dövriyyəsi 2020-ci ildə 791,4 milyon dollara yüksəlib

Qazaxıstan və Tacikistan arasında ticarət dövriyyəsi 2020-ci ildə 791,4 milyon dollar təşkil edib ki, bu da 2019-cu ildəkindən (762,9 milyon dollar) 3,7% çoxdur. Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirinin müavini Kayrat Torebayev bu barədə birgə biznes forum zamanı açıqlayıb.
Onun sözlərinə görə, gələcəkdə qarşılıqlı ticarət dövriyyəsini 2 milyard dollara çatdırmaq vəzifəsi qoyulub.
Eyni zamanda, Qazaxıstan tərəfi yalnız bir-biri ilə ticarət etməyi deyil, həm də sənaye kooperativi və bu cür müştərək müəssisələrin xarici bazarlara çıxışı yolu ilə əməkdaşlıq etməyi, həmçinin iki ölkənin istehsalçılarını dəstəkləmək üçün ortaq layihələr yaratmağı təklif edir.
Qazaxıstandan Tacikistana ixrac 2020-ci ildə 6,1% artaraq 693 milyon dollar, Qazaxıstana Tacikistandan idxal isə 10,3% azalaraq 98,5 milyon dollar təşkil edib.

Related Articles

Bir cavab yazın

Back to top button