İran

Qeyri-dövlət məktəblərinin təhsil haqları niyə artırılıb?

Şərqi Azərbaycan ustanında 750 min danişamuzdan 150 mini qeyri-intifai mədrəsələrində təhsil alır. Beləliklə, onlar şagirdlərin yüzdə 20-ni təşkil edir. Bu sözləri Bünab şəhristanı Təhsil İdarəsinin müdiri Hüseyn Parsamehr deyib. Bildirilib ki, Bünab şəhristanında da 29 min daniş amuzdan 5 min 750 nəfəri qeyri-intifai mədrəsələrində təhsil alır. Qeyd edək ki, Hüseyn Parsamehr Ümumi Fərhəng Şurasının cələsəsində qeyri-dövlət mədrəsələri üzrə rapor irəli sürüb. “Şərqi Azərbaycan Ustanı qeyri-intifai mədrəsələrinin şəhriyyəsi aşağı olan 14 ustan sırasındadır. Bünab şəhristanı da ustanın 31 məntəqəsində şagirdlərdən ən aşağı şəhriyyə alan şəhristanlardan biridir” deyə raporda vurğulanıb. Məlumata görə, bu mədrəsələrdə təhsil alanların şəhriyyələri az olduğuna görə artırılıb. Xatırladaq ki, başqa şəhristanlarla müqayisədə Bünabın qeyri-intifai mədrəsələrinin şəhriyyəsi ən aşağı səviyyədədir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close