Dünya

Qırğızıstan və Özbəkistan demarkasiya prosesini başa çatdırdı

Qırğızıstan parlamenti bu gün Özbəkistanla sərhədin sonuncu mübahisəli hissələrinə dair saziş layihəsini təsdiqləyiblər.

Parlamentin 90 deputatından 60-ı layihənin lehinə səs verib.

Parlamentarilər noyabrın əvvəlində iki ölkənin xarici işlər nazirləri tərəfindən Kəmpir-Abad (Əndican) su anbarı və sərhədin ayrı-ayrı hissələri ilə bağlı imzalanmış ikitərəfli sazişləri təsdiqləyiblər.

Bununla iki ölkə arasında demarkasiya prosesi tam başa çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button