Dünya

“Qlobal iqtisadiyyat üçün yeni böhran?”

İranın “donya-e-eqtesad” saytı yazır:

“Son günlər Cənubi Qafqaz regionunda Azərbaycan ordusu ilə Ermənistan qüvvələri arasında şiddətli toqquşmalar baş verib. Bu iki ölkə arasında bu tip münaqişələr əvvəllər də meydana gəlib. Son müharibənin təfərrüatları hələ də tam aydın deyil və hər iki tərəf bir-birini toqquşmalara başlamaqda ittiham edir.

Azərbaycanın dərc etdiyi fotolarda erməni texnikasının məhv edildiyi görünür. Ermənistan indi müharibəyə verdiyi reaksiyaya görə siyasi böhranla üzləşib. Şübhəsiz ki, Cənubi Qafqazda müharibənin son mərhələsi dünyanın bir küncü ilə məhdudlaşmır və dünyanın bir çox siyasətçiləri üçün həyəcan təbili çalmalıdır.

Bu regionda baş verən son hadisələrin fərqli aspektləri var. Bu yazıda biz bu prosesin üç cəhətini nəzərdən keçiririk.

Birinci cəhət ondan ibarətdir ki, bu dəfə Azərbaycan ilə Ermənistan arasında müharibə regionda ənənəvi vasitəçi olan Rusiyanın Ukraynadakı müharibəyə cəlb olunduğu bir vaxtda baş verib. Son aylar Ukraynada müharibə davam edir və Rusiyanın enerjisinin böyük hissəsi bu müharibəyə sərf olunub. Bu isə Ermənistanı narahat edən əsas səbəb olmalıdır…”.

https://bit.ly/3LAfNlB

Related Articles

Bir cavab yazın

Back to top button