İran

QOTUR ŞƏHƏRİNDƏ BAŞ VERƏN ZƏLZƏLƏDƏ CİDDİ DAĞINTILAR OLMAYIB

Dünən baş verən zəlzələdə ciddi xəsarət olmayıb.
Xoy- fərmandarı Seyyid Məhəmməd Abedi Qotur şəhərinin ətraf kəndlərində baş verən zəlzələdən söz açıb. O dağıntı və xəsarətlərin az olduğunu deyib.
Vurğulanıb ki, yeraltı təkanlar Qotur bölgəsiinin 22 kilometirliyində baş verib. Fərmandar zəlzələdə bəzi evlərdə xırda çatların meydana gəldiyini deyib. O, xəsarət alan evlərin Şəhrivər ayının sonuna qədər təmir ediləcəyinə umidvar olduğunu bildirib.
Bildirək ki, Qotur məntəqəsində Cuma axşamı saat 14:33-də 5.3 rişter gücündə zəzlzələ olub.
Geçən il İsfənd ayının dördündə də Qotur ilə Zərabad məntəqəsində şiddətli zəlzələ baş vermişdi. Zəlzələ-də 4 min ev dağılıb, min evdə isə kiçik çatlar yaranmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button