Qeyd edək ki, Türkiyə Cümhuriyyətində müxtəlif insan haqları təşkilatları İranda başlayan dinc etiraz aksiyalarına dəstək bəyanatları yayıblar, Türkiyə mediası isə məsələni geniş işıqlandırıb.
Sentyabrın 21-də isə Türkiyənin İstanbul şəhərində yaşayan mühacir iranlılar İranın baş konsulluğunun qarşısına toplaşaraq Məhsa Əmininin öldürülməsinə etiraz edib, İranda bununla bağlı etiraz aksiyası keçirənlərlə həmrəy olduqlarını bildiriblər.