İran

Quraqlıq, Miyana Vilayətinin buğda əkinçilərinə 470 milyard tümən xəsarət yetirib

Miyana Özəl Vilayətin Cahad Kişavərzi Təşkilatının rəisi və idarəsinin müdiri, cari su ilində yağıntıların azaldığına görə, bu vilayətin dem buğda zəmilərinə xəsarət yetdiyini bildirib.
Şəhram İranipur deyib: “Miyana Vilayətində dem buğda əkininin ümumi məsahəti 85 min hektardır. Bundan 40 min hektarına yüzdə 85 xəsarət yetib. Ona görə də, bu zəmilərdən biçin olmayacaq. Qalan 45 min hektara da azından yüzdə 50 xəsarət yetib. bu əkin ili olaraq, 1399-cu ilin Mehr ayından Xordad ayının 18-dək yağıntı, ötən ilə görə 150 milimetr azalıb, yağıntı da münasib yayğınlıqda olmayıb. Bu isə vilayətin buğda əkinçilərinə 470 milyard tümən xəsarət yetib.”

Related Articles

Bir cavab yazın

Back to top button