İran

Rəisinin səlahiyyətlərini Müxbir yerinə yetirəcək

İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra onun səlahiyyətlərinin prezidentin birinci müavini Məhəmməd Müxbir yerinə yetirəcək.

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, bu İran Konstitusiyasının 131-ci maddəsinə əsasən, prezidentin vəfatından sonra İran lideri Əli Xameneinin təsdiqi təqdirdə ölkənin icra işlərinə birinci vitse-prezident Məhəmməd Müxbirr cavabdeh olacaq.

İki ay ərzində isə ölkənin yeni prezidentini seçmək üçün növbədənkənar seçkilər keçiriləcək.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlr naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, Rəisinin mühafizə xidmətinin rəhbəri Mehdi Musəvi və başqa 4 nəfər helikopter qəzasında həlak olub.

Related Articles

Bir cavab yazın

Back to top button