Ağ Evin Yaxın Şərq üzrə koordinatoru Brett McGurk Amerika ilə İranın atom anlaşmasına qayıtmaq üçün mümkün razılaşma əldə etmək üzrə olduqlarını deyib.
“Aznews tv” xəbər verir ki, o, danışıqların kulminasiya nöqtəsinə çatdığını və rəsmi Vaşinqtonun tezliklə İranın Amerikanın qəbul etdiyi şərtlər əsasında anlaşmaya qayıtmağa hazır olub- olmamasını biləcəyini bildirib.
Diplomatın sözlərinə görə, Amerika müzakirələrin anlaşma əldə olunmadan da sona çatması versiyasına hazırdır.