İran

Rəşt məhkəməsi azərbaycanlı fəallara bəraət hökmü çıxarıb

Rəşt Məhkəməsi azərbaycanlı fəallara bəraət hökmü çıxarıb. Belə ki, şəhərin 12-ci İnqilab Məhkəməsi Qarabağ savaşında Azərbaycan Cümhuriyyətinə dəstək verdikləri üçün tutuqlanan 3 fəala bəraət verib.
Xatırladaq ki, 3 türk öyrənci İbrahim Gənci, Vədud Əsədi və Məhəmməd Eyni “ölkə güvənliyinə qarşı çalışmaq” və “İslam Cümhuriyyəti nizamına qarşı təbliğat” ittihamları ilə təqsirləndiriliblər. “Yağış” öyrənci dərgisinin editoru olan İbrahim Gənci mehrin 27-də tutuqlanıb. Vədud Əsədi və Məhəmməd Eyni isə mehrin 28-də Rəştdə həbs ediliblər. Azərbaycan Cümhuriyyəti və Ermənistan arasında gedən 44 günlük Qarabağ savaşında güney azərbaycanlılar bir sıra şəhərlərdə Azərbaycana dəstək aksiyaları keçiriblər. Özəlliklə Təbriz, Tehran, Ərdəbil, Urmu, Zəngan və Xiyovda keçirilən dəstək aksiyalarında bir neçə azərbaycanlı fəal həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button