İran

Rəştdə qadın fəallara ağır həbs cəzası verildi

Gilan əyalətinin mərkəzi Rəşt şəhərinin İnqilab Məhkəməsi 5 qadın fəal barədə ağır həbs qərarı çıxarıb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Nina Gülüstani, Rozita Rəcayi, Anahita Hicazi, Begin Ədalətxah və Anahita Dustdar adlı hüquq müdafiəçilərinin hər biri 4 il, 1 ay və 17 gün azadlıqdan məhrum ediliblər.

Xanım fəallar “hakimiyyətə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq”da günahlandırılıblar.

Onlar ötən ilin noyabr ayının 20-də həbs edilib və bir müddət dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Related Articles

Bir cavab yazın

Back to top button