İran

Rəzən vilayətində qanunsuz qazıntı aparan traktor saxlanılıb

“Rəzən Vilayəti Su Qaynaqları İdarəsinin axtarış məmurları və polis qüvvələrinin həmkarlığı ilə qanunsuz qazıntı aparan traktor toqif olunub”. Bu barədə Həmədan Əyaləti Rəzən Vilayətinin Su İşləri müdiri Məhəmmədrza Şukuhi bildirib. Karvanə kəndinin ərazisində toqif olunan traktor məhkəmə hökmünə əsasən, saxlama dayanacağına göndərilib. Şukuhinin sözlərinə görə, yeraltı və yerüstü suların qorunması Həmədanın Bölgə Su Şirkətinin tabeliyində olan şöbələrin öhdəliyindədir. Su qaynaqları ilə bağlı pozuntuya yol verən şəxlər məsuliyyətə cəlb olunacaq.

Related Articles

Bir cavab yazın

Back to top button