Azərbaycan

Rəis Rəsulzadə: “Rəsulzadə haqqında çox yazılıb, amma irsinin öyrənilməsinə ehtiyac var”

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

138-ci doğum günü ilə əlaqədar olaraq M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə Azərbaycan Televiziyasının “Telesəhər” verilişinin canlı yayımında qonaq olub.

O, Rəsulzadənin nəinki Şərq aləmində dünyada demokratik aləmdə öz imzası olan böyük şəxsiyyət, mütəfəkkir olduğunu deyib. Bildirib ki, babası Milli Azadlıq Hərəkatının böyük ideoloqudur.

Daha sonra Rais Rəsulzadə əlavə edib ki, onun irsi bu gün də öyrənilir və  öyrənilməyə böyük ehtiyac var.

Rəsulzadənin  nəvəsi babasına həsr olunmuş konfransın keçiriləcəyini əlavə edib. Deyib ki, konfrans Tarix Muzeyində baş tutacaq.

O, babası ilə bağlı xatirələrinin, əsasən, ailə böyüklərindən eşitdiklərindən ibarət olduğunu deyib: “Rəsulzadə kimi böyük tarixi şəxsiyyətlərin ad günü el bayramı kimi qeyd edilməlidir.

Rəsulzadə nəinki Şərq aləmində, dünyada öz imzası olan böyük şəxsiyyət, mütəfəkkir, fikir adamıdır. Azərbaycana gəlincə, Azadlıq hərəkatının ideoloqu, dövlətimizin qurucularından biridir. Düzdür, Rəsulzadə haqqında çox yazılıb, amma onun irsinin öyrənilməsinə ehtiyac var.

Babam haqqında xatirələri oxuduqlarımdan, nənəmin dediklərindən, atamın danışdıqlarından bilirəm. Rəsulzadə çox çətin günlərdən keçib, sürgünlərdə yaşayıb. Çox keşməkeşli həyatı olub”.

Related Articles

Bir cavab yazın

Back to top button