Azərbaycan

Rəsmi: “Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur”

“Türkiyə əsla münaqişəyə çağrılmayıb. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur”.
Bu fikirləri Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlarından Türkiyə, Türkiyənin Prezidenti və başqa yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstək nümayiş etdiriblər. “Deməli, bu, birincisi. İkincisi, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Amma bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan sübut istəmişik. Biz dəlilləri istəmişik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur. Başqa bir məsələ ondan ibarətdir ki, bizə bizimlə birgə vuruşacaq əcnəbilər lazım deyil, çünki bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim müasir təchizatımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən könüllü insanlarımız var. Biz hətta tam səfərbərlik belə elan etməmişik. Bizə döyüşdə əlavə insan lazım olsa, biz daha çoxlarını çağırarıq. Odur ki, bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün daha bir cəhddir və eləcə də onlara döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq üçün Ermənistanın cəhdidir”.

Related Articles

Bir cavab yazın

Back to top button