İran

Rəştdə universitet müəllimi həbs edilib

Gilan əyalətinin Rəşt şəhərində yaşayan universitet müəllimi və sosial media fəalı Tina Delcu həbs edilib.

O, sosial mediadakı paylaşımlarına görə “hakimiyyətə qarşı təbliğat”da günahlandırılıb və 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, narazı müəllimlərin cəzalandırılması və işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub. Xüsusilə 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

#İran #hebs

Related Articles

Bir cavab yazın

Back to top button