İran

RAHİYAN NUR SƏFƏRLƏRİ TİR AYINDAN BAŞLAYACAQ

Sərdar Bəhmən Karegər, Rahiyan Nur projəsinin siyasətləri iclasında bildirib ki, Behdaşt vizarətxanasının silahlı quvvələr sitadına göndərdiyi behdaşti protokola görə, Tir ayının başından bu səfərlər yenidən başladılacaq. Karegərin sözlərinə görə, turizim və gəzi turlarındakı behdaşt protokolları bu səfərlərdə də geçərli olacaqdır.
Rahiyane Nur Sipah quvvəsinə bağlı bir sıra səfərlərdir ki, İran-İraq savaşı illərindən qalan yerlərdə olunur. Bəzi dəyişikliklərlə muzə halına gətirilən bu məntəqələrə özəlliklə Əli Xamneyi və Sipah qüvvəsinin propaqanda siyasətləri əsasında səfərlər keçirilir. Həmin səfərlərə Sipaha bağlı Bəsic qüvvəsinin organizasyonuyla gənclər pulsuz savaşdan qalan yerlərə aparılır. Üzərlərində İslam Cumhuriyyətinin ağır propaqanda əməliyyatı aparılır. Əlavə edək ki, bu səfərlərdə baş verən trafik qəzaları nəticəsində onlarca mədrəsə uşağı həyatını itirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close